Dövlət İmtahan Mərkəzində konfrans

Dövlət İmtahan Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Mərkəzin digər rəhbər şəxsləri, elm və təhsil nazirinin müavini İdris İsayev, 2001 və 2002-ci illərdə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş və ümummilli lider H.Əliyevlə görüşən ilk Prezident təqaüdçüləri, 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında yüksək bal toplayan şagirdlər və ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstəriciləri yaxşı olan ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar, həmçinin Heydər Əliyevin DİM-in inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ümummilli lider H.Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbimizin direktoru P.T.Abbasova və Aminə Maksimova iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi