Fransız dili fənn aylığı çərçivəsində tədbir

“Fransız dili fənn aylığı” və Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində məktəbdə tədbir keçirilib.

Dövlət himni səsləndirildikdən sonra rəsmi hissə başkayıb. Şagirdlər Fransa və fransız dili haqqında söz açıb, Ümumilli Lider Heydər Əliyevin Fransa respublikasının prezidenti Fransua Mitteranın dəvəti ilə, Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk xarici rəmi səfəri haqda məlumat veriblər.

Səməd Vurğunun “Azərbaycan” şeiri şagirdlərin ifasında fransız dilinin fonetik və qrammatik dil qaydalarına düzgün əməl olunnmaqla söylənilib. Ardınca Dahi Liderin həyat və yaradıcılığı slayd-şəkillərlə, Azərbaycan müğənnisi Ağadadaş Ağayevin “Xalq Heydər söyləyəcək” mahnısının ifası altında zalda oturanlara nümayiş olunub.

Tədbirin ikinci hissəsi istedadlı şagirdlərin ifasında pianoda, ukuleledə, fransız dilində seir, mahnı və rəqslərlə davam etdirilib. Sonda məktəbin direktoru Abbasova Pərvanə şagirdlərə, müəllimlərə və bütün əməyi keçənlərə ərsəyə gətirdikləri tədbirə görə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbirin ssenari müəllifi məktəbin fransız dili müəllimi Məmmədtağıyeva Heyranə idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi