Fərid Şamilovun ad günü münasibətilə tədbir

Bu gün məktəbimizdə H.Əliyev ili çərçivəsində şərəf dolu tarix yazan qəhrəman şəhid Fərid Şamilovun ad günü münasibətilə tədbir keçirildi.

Azərbaycanın himni ilə başlayan tədbirdə iştirakçılar Birinci Qarabağ Müharibəsi və Vətən Müharibəsi şəhidllərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Giriş sözüylə məktəbin ibtidai sinif müəllimi və tədbirin təşkilatçısı olan İlona Daşdəmirova çıxış etdi. Məktəbimizin adını daşıdığı şəhid E.Quliyevin anası Roza xanımın çıxışından sonra isə 44 günlük Vətən Müharibəsi şəhidi Fəxri Məmmədovun anası Kəmalə xanıma söz verildi.

Tədbirdə İlona xanım Fərid Şamilova həsr olunmuş şeiri səsləndirdi və şəhidin şəkillərindən ibarət slayd nümayiş etdirildi, şəhidin atası Mirzə Şamilov çıxış edərək məktəb kollektivinə öz təşəkkürünü bildirdi.

Məktəbin 5-ci sinif şagirdləri komandalar şəklində şəhidin uğrunda döyüşdüyü rayonlar haqqında tək-tək məlumat verdilər.

Məktəbin direktoru P.T.Abbasova tədbirin ikinci-breyn-rinq hissəsinə start verdi. Şagirdlər İlona xanımın təşəbbüsü, Gülər xanımın və Lalə xanımın təşkilatçılığı ilə keçirilən, doğma Qarabağda gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına həlak olmuş şəhidə həsr olunan bilik yarışında fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi