Narkomaniyaya yox deyək
Fevralın 9-da məktəbin akt zalında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı, yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ziya Əliyev, Nizami RPİ-nin Veteranlar Şurasının sədri Firdovsi Bayramov çıxış edərək, narkomaniya və zərərli vərdişlərin fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumatlar verib, yeniyetmə gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.