“Canlı klassiklər” beynəlxalq müsabiqəsi

Martın 12-i və 13-də Bakıdakı Rus Evində gənc qiraətçilərin “Canlı klassiklər” beynəlxalq müsabiqəsi keçirilib.

Məktəbin rus dili və ədəbiyyatı müəllimi Südabə Abbasovanın rəhbərliyi və dəstəyi ilə 5 “G” sinif şagirdləri Rüstəm Məmmədov və Ayçiçək Atalızadə müsabiqədə iştirak edərək finala vəsiqə qazanıblar. Gənc qiraətçilər rus müəlliflərinin əsərlərini münsiflər heyətinin qarşısında səsləndiriblər.

Rüstəm Məmmədov V.K.Jeleznikovun “İtlər səhv etmir”, Ayçiçək Atalızadə isə K.T.Paustovskinin “İsti çörək” əsərləri ilə çıxış ediblər. Şagirdlər sertifikatlar və xatirə hədiyyələri ilə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi