Şəhid anası ilə görüş

Martın 15-də 8 “C” sinfi adını daşıdığı şəhid Alıyev Qələndərin anası Sevda Alıyeva ilə görüş keçirilib. Müəllim Alyona Dvortsovanın rəhbərliyi ilə təşkil olunmuş görüşdə məktəbin direktoru və direktor müavinləri də iştirak ediblər.

Şəhidin anası Sevda xanım şagirdlərə oğlu ilə bağlı məlumat verib, onun məktəb illərindən, nümunəvi davranışlarından, idmanda qazandığı uğurlardan, şəhidlik zirvəsinə ucalmağından danışıb. Şagirdlər şəhidin vaxtilə məşğul olduğu idman növü üzrə bir neçə elementlə çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi