“Pi” günü qeyd edilib
14 martda dünyada qeyri-adi bayramlardan biri olan beynəlxalq “Pi” günü qeyd edilir.
Məktəbin riyaziyyat müəllimi Səbinə Mehdiyevanın təşkilatçılığı və 6 “D” sinif şagirdlərinin iştirakı ilə “Pi” günü qeyd edilib. Məktəb rəhbərliyinin də dəvət olunduğu tədbirdə Pi kəmiyyəti haqqında prezentasiyalar təqdim olunub, konkurslar keçirilib.
Tədbirin sonunda qalib şagirdlər mükafatlandırılıblar.