Ana dili aylığı

Fevralın 24-də “Ana dili aylığı” çərçivəsində keçirilən növbəti tədbir Azərbaycan dili kafedrasının müəllimi A.Hacıyevanın təşəbbüsü ilə təşkil olunan “Günəşimdir mənim dilim” adlı viktorina oldu.

Yazılı, şifahi suallardan və 2 turdan ibarət yarışda 5, 6, 7-ci sinif şagirdləri iştirak etdilər.

Şagirdlər “Zəfər”, “Qarabağ”, “Qələbə” adlı 3 komanda daxilində mübarizə apardılar. Atalar sözləri, frazeoloji birləşmələr, dinləmə mətni və mətnə aid suallara cavab verərkən şagirdlər çox fəal iştirak etdilər.

Münsiflər heyətinin üzvləri N.Məmmədova, N.İbrahimova və P.Ramazanovanın birgə qərarı ilə “Zəfər” komandası xal üstünlüyü ilə viktorinanın qalibi oldu. Qalib komandanın üzvləri 7 “C” sinif şagirdləri V.Ayxan, Ş.Fatimə, Ə.Rəsul və 6 “F” sinif şagirdi C.Amina idi.

Sonda məktəbin direktoru P.Abbasova təbrik edərək, onlara diplom və hədiyyələr təqdim etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi