Yazıçı ilə görüş keçirildi

Yeni il ərəfəsində Rus dili və ədəbiyyatı aylığı çərçivəsində fantastika yazıçısı Aleksandr Hakimovla görüş keçirilib. Görüşdə 5, 6, 8, 11-ci sinif şagirdləri iştirak ediblər.

Yazıçı şagirdləri maraqlandıran bütün sualları cavablandırıb.

Onlar elmi fantastika sahəsində dünya ədəbiyyatından, dünyanı dəyişdirən yeniliklərdən, mistisizmdən, süni intellektdən, kosmosdan, kitablardan, ədəbiyyatdan, dünyanın quruluşundan, sivilizasiyanın inkişafından söhbət açıblar.

Hakimov Milli Qəhrəman Salatın Əsgərova ilə tanışlığından, onunla görüşlərindən, jurnalistin qəhrəmancasına ölümündən, qəlbində xoş xatirələrlə qalan gözəl şəxsiyyətdən ətraflı danışıb.

Görüş çox maraqlı və yaddaqalan keçib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi