AZƏRBAYCAN HAMIMIZIN VƏTƏNİDİR

08.06.2016-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən “Multikulturalizm ili” elan olunmuşdur. Bu münasibətlə Bakı şəhəri Nizami rayonu E.Quliyev adına 145 №-li tam orta məktəbdə “Azərbaycan hamımızın Vətənidir” adlı tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi Azərbaycanda yaşayan çox saylı xalqların mədəniyyəti, musiqisini,mətbəxini əks etdirmək olmuşdur. Tədbirdə Azərbaycanın 13 bölgəsi təmsil olunmuşdur. Tədbirdə məktəbin şagirdlərinin arasında həmin bölgələrin rəqsləri, folkloru öz əksini tapmışdır. Tədbirin əsas meyarlardan biri də Azərbaycanın necə multikultural və tolerant ölkə olduğunu göstərmək və həmin xalqların ölkəmizdə necə dostluq, qardaşlıq, əminamanlıq, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını əks etdirməkdir. Bu tədbirdə məktəbimizin 2014-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında fəaliyyət göstərən “Bilik” fondunun layihələrindən biri olan “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Ə. Hüseynov adına Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Sahilə Xəlilova və Həsənli kənd tam orta məktəbin direktoru Mətanət Rəhimovanın rəhbərliyi ilə tədbirə dəvət edilən ağstafalı şagirdlər də iştirak etmişdilər. Onlarda bura əliboş gəlməmişdilər. Əslində, bu ədəbi-bədii kompozisiya onların həm də istedadlarının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyırdı. Məktəbin foyesində təşkil edilən etnoqrafiyaya həsr edilən, maddi mədəniyyət nümunələrindən ibarət sərgi tədbirin mahiyyətini bir qədər də açırdı. Burada müxtəlif etnik qruplara məxsus milli geyimlər və onların mətbəxləri nümayiş etdirilirdi.“Azərbaycan hamımızın Vətənidir” devizi ilə səhnəyə çıxan məktəblilərin müxtəlif xalqların ədəbi irsini özündə əks etdirən proqramlarla çıxışları, eləcə də Azərbaycanı xatırladan səhnədə birgə yaşayışı təmin olunmuş müxtəlif xalqların mahnı, rəqs və bədii kompozisiyaları alqışlarla qarşılandı. Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov , məktəbimizin adını daşıdığı şəhid Eldar Quliyevin anası Roza xanım, şəhid anası Milli Qəhrəman Y.Kovalyovın anası Larısa xanım, BSU-nin prorektoru Telman Cəfərov, Nizami rayonunda fəaliyyət göstərən məktəb direktorları və bir sıra ictimai təşkilatların təmsilçiləri də tədbirdə iştirak edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi