Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş müsabiqə

        Mayın 5-də dünyanın müxtəlif ölkələrindən olan tələbələrlə rəqabət etmək imkanını təşkil edən “Mathletics” platforması vasitəsi ilə Beynəlxalq Riyaziyyat Gününə həsr olunmuş dünyanın ən böyük onlayn riyaziyyat müsabiqəsi keçirilib. Müsabiqəyə 125 ölkədən 9000 məktəb qatılıb. İngilis dilində keçirilən müsabiqədə məktəbin 5 “D”, 6 “B”, 6”C” və 7 “Ə” sinifləri iştirak ediblər.

            Müsabiqədə iştirak edən bütün şagirdlər uğurlu nəticə əldə etmək üçün səy göstərib və buna nail olublar. 145 nömrəli məktəbin 5-ci sinfi  ölkə üzrə 1-ci, dünya üzrə 12-ci yerə, 6-cı sinifləri ölkə üzrə 2-ci, dünya üzrə 75-ci yerə, 7-ci sinfi isə ölkə üzrə 2-ci, dünya üzrə isə 44-cü yerə layiq görülüblər.

            Xüsusi fərqlənən şagirdlər arasına məktəbin 5-ci sinif şagirdi  Cəfərzadə Rüstəm ölkə üzrə 1-ci, dünya üzrə 301-ci yerə, 6-cı sinif şagirdi Nəbizadə Cavad ölkə üzrə 1-ci, dünya üzrə 113-cü yerə, 7-ci sinif şagirdi Mehdiyev İmran isə ölkə üzrə 1-ci, dünya üzrə isə 116-cı yerə layiq görülüblər. İştirakçılara sertifikatlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi