“Dəyirmi masa” təşkil olunub

Müəllim Günel Sadıqovanın və kitabxanaçıların rəhbərliyi ilə kitabxanada “Dəyirmi masa” təşkil olunub. 5 “A” sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə müəllim Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu və bu hadisənin yaddaşlarımızdan heç vaxt silinməyəcəyini bildirərək faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülənlərlə bağlı danışıb.

Tədbir boyu Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açılıb.

Sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb.

Beşincilər Vətənə, topağa aid şeirlər səsləndirib, 5 “A”sinif  şagirdi Kərimov Muhamməd tarda “Cahargah” muğamını ifa edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi