Beynəlxalq Ana Dili Günü qeyd olunub

“Azərbaycan dili aylığı” çərçivəsində Beynəlxalq Ana Dili Günü münasibəti ilə məktəbin kitabxanasında “Doğma dilim, ana dilim” adlı “Dəyirmi masa” keçirilib.

Azərbaycan dili kafedrasının hazırladığı tədbir Dövlət himni ilə başlayıb. Giriş sözü ilə çıxış edən müəllim Ulduz Bəkirova zəngin Azərbaycan dili haqqında geniş məlumat verib.

Sonra 8 “A” sinif şagirdləri hazırladıqları təqdimatla çıxış ediblər. Uşaqlar Azərbaycan dilinin tarixi, dahi şəxsiyyətlərin fikirlərini, dillə bağlı müdriklərin aforizmlərini iştirakçıların nəzərinə çatdırıblar.

8 “A” və 7 ”A” sinif şagirdləri ilə yanaşı rus bölməsində oxuyan 7 “E” sinif şagirdi Qədirli Nigarın ifasında şeirlər səsləndirildikdən sonra “Ana dilimizi sevək, qoruyaq” adlı slayd nümayiş etdirilib.

Unudulmaz şair Bəxtiyar Vahabzadənin öz səsi ilə “Ana dili” poemasından bir parça və şairin dil haqqında söylədikləri səsləndirilib.

Sonda Ulduz müəllim “Ana dili” şeirinin yaranma səbəbi haqda danışıb, ulu öndər H.Əliyevin və ölkə rəhbərinin Azərbaycan dilinin inkişafındakı əməyini qeyd edib.

Müəllimlər həmçinin tədbirdə köməyini əsirgəməyən 11-ci sinif şagirdi Poluxin Ruslana təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi