Şəhidlər xiyabanına ziyarət təşkil olunub

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.

 Yanvarın16-da məktəbin 9 “C” sinif şagirdləri müəllim Nərminə Abdullayevanın, 2-ci sinif şagirdləri İlona Daşdəmirovanın rəhbərliyi ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Şagirdlər ölkəmizin istiqlalı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi