Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir

Dekabrın 27-də məktəbin kitabxanasında N.Məmmədovanın təşkilatçılığı və 6 “D” sinif şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan müəllim bu gün dünyada 50 milyondan çox azərbaycanlının yaşamasından, Azərbaycan xalqının minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr verməsindən və bu günün mahiyyətindən uşaqlara geniş məlumat verib.

Şagirdlərdən Abbaszadə Oqtay, Daşdəmirova Məryəm və Orucova Telli hazırladıqları referatlarla çıxış ediblər.

Tədbirin sonunda şagirdlər Emin Ağalarovun “Mənim Azərbaycanım” mahnısını ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi