5 “Ç” sinif şagirdi Məmmədov Ruslan
Robotex Azərbaycan - Avrasya Çempionatı 2024
Kateqoriya MİNİ SUMO
Ödül 1 yer
2-3 mart 2024 tarixlərində Bakıda Avropa İttifaqı tərəfindən dəstəklənən, robototexnika sahəsində tanınan dünyaca məhşur Robotex Beynəlxalq Yarışması keçirildi. Burada iştirakçılar 2 fərqli kateqoriya üzrə yarışmaya qatıldı. Qeyd edək ki, qalib komandalar Türkiyədə keçiriləcək yarımfinal mərhələdə iştirak etmək hüququ qazanacaqlar. (20-21 Aprel 2024). Və nəhayət, Türkiyədə qalib olan komandalar isə Dünya Çempionatında iştirak etmək hüququ qazanacaqlar. (15-19 Noyabr 2024)
“Svetozar” – möcüzəli jurnaldır. O, müxtəlif ölkələrindən olan uşaq və böyüklərin birləşməsinə, dostluğuna kömək edir. Rus dilinin bilik və sərhədlərinin genişləndirilməsinə vasitəçilik edən ən mühüm və lazimi işdir.0
9g sinif şagirdi Məmmədova Aydan “Elmi poeziyası” və “Şəxsi rəy” mövzularındakı inşalarına görə Moskvadan “Svetozar” jurnalı tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.
Aydan “Svetozar” jurnalının Azərbaycana aid suallarına cavab verərək ən yüksək bal toplamış və rus dili və ədəbiyyatı müəllimi L. B. Barkanova ilə birlikdə Moskvada keçiriləcək olimpiadaya dəvət edilmişdir.
Moskvada Aydan üçüncü yerə layiq görülmüş və fəxri fərmanla və xatirə hədiyyəsi ilə təltif olunmuşdur.
L. B. Barkanova rus dilindən beynəlxalq olimpiadanın hazırlanması və keçirilməsində fəal iştirakına və əməkdaşlığına görə fəxri fərmanla təltif olunmuşdur.
Qalibləri təbrik edir və yeni qələbələr arzulayırıq.