Dekabrın 22-də Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində "Prezident Kuboku" uğrunda yarış start götürüb.
Üç gün davam edən yarışda 11 döyüş federasiyasının idmançıları medallar uğrunda mübarizə aparıblar.
Turnirdə Azərbaycan da daxil olmaqla 11 ölkədən 900-dən çox idmançı qüvvəsini sınayıb. Beynəlxalq döyüş sənətləri festivalında məktəbin şagirdi Nağızadə Murad "Vin-çun" idman növündə mübarizə apararaq birinci yeri qazanıb.