Məktəbin şagirdi Rəsul Qaraxanov Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq karate turnirində yüksək nəticə əldə edib.
Belə ki, şagird karate üzrə beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil edərək 2-ci yeri tutub.
Onu da qeyd edək ki, Batumidə beynəlxalq turnir 10 ölkənin iştirakı ilə keçirilib. Azərbaycan komanda hesabı ilə beynəlxalq turnirdə I yerə çıxıb.