Rəsul Qaraxanov Rahiboviç
Məktəbin şagirdi Rəsul Qaraxanov Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq karate turnirində yüksək nəticə əldə edib.
Belə ki, şagird karate üzrə beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil edərək 2-ci yeri tutub.
Onu da qeyd edək ki, Batumidə beynəlxalq turnir 10 ölkənin iştirakı ilə keçirilib. Azərbaycan komanda hesabı ilə beynəlxalq turnirdə I yerə çıxıb.
Dinara Bəşirova Fərhad
14-20 may 2017-ci ildə Rusiyanın Kazan şəhərində A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda “Gənc Həmvətənlərin III Ümumdünya oyunları” çərçivəsində “Rus dilində dialoq” intellektual yarışı kecirildi. Məktəbimizin 8a sinif şagirdi Bəşirova Dinara intellektual oyunlarda I yeri tutub diplomla mükafatlandırıldı. Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.