2-3 mart 2024-cü il tarixlərində Almaniyanın Hamburq şəhərində keçirilən 8-ci Hamburg Open Karate turnirində 6 “D” sinif şagirdi, Samuray Karate klubunun karateçisi Qrımzin Vladimir ölkəmizi uğurla təmsil edib.
10-11yaş -40kg-a qədər karateçilərin mübarizəsində bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olmağı bacaran Vladimir, 10-11 yaşlı karateçilərin komanda döyüşlərində 3 qələbə qazanmaqla komandanın bürünc medal qazanmasında pay sahibi olmuşdur.
Qrımzin Vladimirin turnirdə qazandığı qızıl və bürünc medallar münasibəti ilə təbrik edir, qarşıdakı dünya çempionatında qələbələr qazanmasını və dünya çempionatının qızıl medllarını qazanaraq bayrağımızı qaldırmağı, himnimizi səsləndirməsini arzulayırıq!