Nailiyyətlərimiz

Sevimli nəğmələrBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş "Sevimli nəğmələr" uşaq mahnı müsabiqəsinin solo ifa kateqoriyası üzrə qalibləri bəlli olub. Müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 1-8-ci sinif şagirdləri arasında təşkil olunub. Məktəbimizin 4a sinif şagirdi Zeynəb Abbasova müsabiqənin qalibi olaraq "Tərifnamə"yə layiq görülüb. Qeyd edək ki, "Sevimli nəğmələr müsabiqəsi" yalnız 1 kateqoriya - solo ifa kateqoriyası üzrə online təşkil olunub. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq online şəkildə davam edən müsabiqənin solo ifa kateqoriyası üzrə ümumilikdə 150 iş təqdim olunub. Təbrik edirik, Zeynəb!

Məmişzadə NəzrinTəhsil Nazirliyi 3 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi tərəfindən cari ilin 15 may- 5 iyun tarixlərini əhatə edən " Pəncərəmdən açılan mənzərə " beynəlxalq online uşaq fotomüsabiqəsinə yekun vurulmuşdur. 14-17 yaş qrupu üzrə nominasiyada məktəbimizin 7 c sinif şagirdı Məmişzadə Nəzrin həvəsləndirici mükafata layiq görülmüşdür.

Rəsm müsabiqəsinin qalibi Allahverdiyeva ƏsmərHər zaman olduğu kimi "Covid- 19" Pandemiya dövründə də Sabunçu Rayon İcra Hakimiyyəti uğurlu onlayn layihələrə imza atdı. İstedadlı şagirdlərin aşkara çıxarılması, sosial izolyasiya dövründə şagirdlərin yaşadığı psixoloji gərginliyi azaltmaq, həmçinin Vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi məqsədilə şagirdlərin əl işlərindən ibarət rəsm müsabiqəsində şagirdlərin qalib gəlməsi üçün rəsmlər Facebook istifadəçilərinin səsverməsinə əsasən müəyyən olunması nəzərdə tutuldu. Məktəbimizin 3 d sinif şagirdi Allahverdiyeva Əsmər 599 səs toplayaraq 1 - ci oldu. Bu gün balaca rəssam Sabunçu Rayonu İcra Hakimiyyətinin mükafatına layiq görüldü! Buna görə məktəbimiz adından uşaqlara göstərdiyi qayğıya görə Sabunçu Rayonu İcra Hakimiyyətinə təşəkkürümüzü bildiririk!

HAQQIMIZDA

    Sabunçu rayonu 142 nömrəli tam orta məktəb 1978 - ci ildə əvvəllər mövcud olan 129 saylı 8 i...

BİZİM FƏXRLƏRİMİZ

Aynur Cabbarova Allahverdi

Tural Zeynallı İsa

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi