HAQQIMIZDA

    Sabunçu rayonu 142 nömrəli tam orta məktəb 1978 - ci ildə əvvəllər mövcud olan 129 saylı 8 illik məktəbin əsasında yaradılmışdır.1995 - ci ildən şəhid Telman İsgəndərovun adını daşıyır. 2010 - cu ildə "İlin məktəbi" layihəsində iştirak etmişdir. 2012 - ci ildə məktəb əsaslı təmir olunmuşdur. Məktəbin binası 1176 yerlikdir. Məktəbdə dərslər 2 növbədə keçirilir. Məktəbdə 81 nəfər müəllim gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. 2022- 2023 - ci dərs ilində məktəbdə 1272 şagird təhsil alır. Sabunçu rayonu 142 saylı tam orta məktəb fəaliyyət göstərdiyi illərdə məktəb şagirdlərinin təlim tərbiyəsində bir sıra uğurlara imza atıb. Hər il məktəbin şagirdləri respublikanın nüfuzlu ali məktəblərinə daxil olurlar. Çoxlu sayda məzunlarımız orta ixtisas məktəblərinə daxil olurlar. Məktəbimizin şagirdləri müxtəlif illərdə fənn olimpiadalarının respublika turunda uğurlu nəticələr əldə edərək fəxri fərmanlarla təltif olunmuşlar. Məktəbdə şagird özünüidarə orqanları və "Maraq və məntiq" klubu fəaliyyət göstərir.

Məktəbdə 2020-2021 ci ildən 3-4 yaşlı uşaqlar üçün “ İcma məktəbi ” fəaliyyət göstərir. 2020-2021 - ci dərs ilindən məktəbdə “ Rəqəmsal Bacarıqlar ” fənni tədris olunur.

Məktəb bir sıra layihələrdə iştirak edir .“Şagirdlərin inkişafı dinamikasının izlənilməsi” , “Uşaqların təhlükəsizliyi və müdafiəsi ” layihələrinə qoşulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi