FƏXRİMİZ

    İsgəndərov Telman Nadir oğlu 12 avqust 1973-cü ildə Sabunçu rayonunun Bilgəh qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə 1-ci sinifə daxil olmuşdur. Uşaq yaşlarından rəssamlığa həvəsi olduğu üçün rəssamlıq dərnəyində məşğul olmuşdur. 1990-cı ildə hərbi xidmətə yola düşmüşdür. Telman 1993-cü il yanvar ayının 8-dən erməni qəsbkarlarına qarşı mərdliklə vuruşmuşdur. O, Ağdam şəhərində 6 №-li Texniki Peşə məktəbində yerləşən Ağdam polkunda, daha sonra Şellidə 1-ci batalyonda, daha sonra Xramudun müdafiəsində qəhrəmancasına vuruşmuşdur. Fevralın 9-da Telman İsgəndərov yoldaşları ilə birlikdə Sərsəng su anbarı ətrafındakı kəndləri ermənilərdən azad etmişdir. Fevral ayının 10-da həmin yüksəklik uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Telman subay idi.

 

    1995-ci ildə Bilgəh qəsəbəsindəki 142 №-li orta məktəbə onun adı verilmiş, məktəbin həyətində Telman İsgəndərovun büstü ucaldılmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi