“Yol hərəkətinin təhlükəsizliyi istiqamətində məktəblilərə piyada mədəniyyətinin aşılanması” mövzusunda müzakirə

16 yanvar 2025 -ci l tarixində “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyinin müraciəti ilə
Sabunçu rayonu Bilgəh qəsəbəsi T.İsgəndərov adına 142 № li tam orta məktəbdə “Yol hərəkətinin təhlükəsizliyi istiqamətində məktəblilərə piyada mədəniyyətinin aşılanması” mövzusunda müzakirə keçirilmişdir.
T.İsgəndərov adına 142 № li tam orta məktəbin direktor əvəzi T.Mahmudova məktəblilərin fərdi təhlükəsizliyi ilə bağlı müzakirəni giriş sözü ilə açmışdır. Təhminə müəllimə şagirdlərin məhəllədə, küçədə, yolda, ən vacib təhlükəsizlik faktoru olaraq yol hərəkətinin təhlükəsizliyi qaydalarınin öyrənilməsini və onlara həmişə əməl olunmasının vacibliyini bildirmişdir.
Bu barədə məktəblilərin qarşısında “Oriqami” uşaq birliyinin sədri N.Nəcəfov çıxış etmişdir. O bildirmişdir ki,hər bir məktəblinin fərdi təhlükəsizliyi onun tədricən sosiallaşmasından, fərdi təhlükəsizliyini qorumaq bacarığından, yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməsindən və piyada mədəniyyətinə yiyələnməsindən çox asılıdır.
Piyada mədəniyyətinin uşaqlara aşılanmasında maarıfləndirmə işi necə aparılmalıdır ?
Bu istiqamətdə hansı addımlar atılmalıdır,bu sahədə yeniyetmələrlə praktik fəaliyyət - (uşaq dünyası hərəkəti - oyun və əyləncəni çox sevir və fəal iştirak edirlər, - necə qurulmalıdır ?
Uşaq birliyinin rəhbəri bu sahədə innovativ yanaşma üsullarından istifadəni önə çəkərək məktəblılərdə yeni təhlükəsizlik vərdişlərinin yaranmasında rollu ,situativ səhnəciklərin öyrədici funksiyalarından və üstünlüklərindən danışmışdır. Sonra mövzu ilə əlaqədar suallara cavab vermişdir
Müzakirələrin sonunda N.Nəcəfov T.İsgəndərov adına 142 № li tam orta məktəbə təhsildə və şagirdlərin fərdi təhlükəsizliyinin qorunmasında uğurlar arzulamışdır.