"Biz Zəfər Çaldiq"

27.12.2020-ci il tarixdə Sabunçu rayonu Regional "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Biz Zəfər Çaldıq" adlı müsabiqənin final turu keçirildi . Final turunda 62 şagird iştirak etdi. Bakı şəhəri Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin şagirdləri Əliyeva Tərlan, Rüstəmova Aysun, Rəsulov Mirhüseyn, Vəliyeva Nəzrin və Abbasova Səbinə iştiraklarına görə sertifikatla təltif olundular. Müsabiqə F-512 nömrəli əmr əsas tutularaq icra olunmuşdur. Müsabiqə Qarabağ və işğaldan azad olunmuş bölgələrin tarixi , müharibə xronologiyası, tanınmış şəxsiyyətləri, adət-ənənələri mövzusu üzrə suallardan ibarət olaraq 4 mərhələdə , Quizizz Platforması üzərindən təşkil olunmuşdur. Qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. #BizZəfərÇaldıq#QarabağAzərbaycandır!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi