Nailiyyətlərimiz

Məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2016/2017-ci il mövsümünün qalibi oldu."Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vuruldu. AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinin birgə layihəsi olan yarışın final qarşılaşmasında Suraxanı rayonundakı 141 saylı məktəbin komandası ilə Qaradağ rayonunda yerləşən 106 saylı məktəbin komandası qarşılaşmışdır. Rəqibini 7:3 hesabı ilə məğlub edən 141 saylı məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2016/2017-ci il mövsümünün qalibi olmuşdur.

Məktəbin futbolçu qızlarıMəktəbin şagirdləri “Rəvan” futbol klubunun tərkibində 20.04.2017-ci il tarixdə AFFA-nın Futbol Akademiyasının meydançasında “U-11” qızlar Liqasının final oyununu oynamış və komandamız qalib gəlmişdir. Bu hadisə AFFA-nın internet səhifəsində dərc olunmuşdur. “U-11” komandasının oyunçuları aşağıdakılardır: 1. Mustafayeva Alina 2. Ələkbərzadə Canan 3. Kazımova Yeganə 4. Xəlilova Səfurə 5. Abbaszadə Lalə 6. Gülmanova Pərvanə 7. Papçenko Ekaterina Nəzərinizə çatdırırıq ki, yaxın zamanlarda AFFA-nın nümayəndəliyi məktəbdə mətbuat nümayəndələri ilə çəkilişə gələrək qalib olan qızları təltif etmək planlaşdırırlar.

Məktəbin futbolçularıSuraxanı rayonu R.Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin bəzi şagirdləri məktəbin yaxınlığında yerləşən AFFA-nın “Rəvan” klubunda idmanın futbol növü ilə məşğul olurlar. Eyni zamanda, məktəbin idman müəllimləri (E.L.Rzayev və A.H.İsmayılov) həmin uşaqlardan ibarət olan məktəbin futbol komandasını yaratmışdır. Bu komanda: •2015-2016-cı tədris ilində Bakı şəhər məktəblilərinin XXVIII Spartakiadasında iştirak edərək, mini-futbol üzrə yarışlarda 1-ci yer tutmuşlar; •2016-2017-ci tədris ilində VII (yeddinci) siniflər arasında “Coca-Cola məktəbli kuboku” üzrə mini-futbol yarışlarında Suraxanı rayonu üzrə 1-ci yerə çıxmışlar. Hazırda yarım final mərhələdə iştirak edirlər. Futbol komandasının oyunçuları aşağıdakılardır: 1. Ələkbərov Elvin 2. Quliyev Hüseyn 3. Quliyev Nicat 4. Carıyev Qalib 5. Yusubov Ceyhun 6. Fərzəliyev Allahverən 7. Həsənov Pərvin 8. Güləhmədov Camal 9. Əliyev Əli

HAQQIMIZDA

   Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəb 1935-ci ildə təsis olunmuşdur. 2006-cı ildə məktəbdə yardımç...

BİZİM FƏXRLƏRİMİZ

Rövşən Əliyev Binyət

Həqiqət Allahverdiyeva Akif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi