Uşaq Hüquqları Konvensiyası

Uşaq Hüquqları Konvensiyası dünyada 2 dövlət istisna olmaqla, bütün dövlətlər tərəfindən təsdiq olunmuş, dünya səviyyəsində ən geniş qəbul olunmuş insan hüquqları alətidir. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini – mülki, siyasi, iqtisadi, sosal və mədəni – bir sənəddə birləşdirir.
Bir ölçüyə gəlməyən bu dünyada uşaqlar bizi ümumi etikaya dəstəklə bağlı bir araya gətirməyə qadir olan birləşdirici qüvvədir. Uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual mövzulardan biridir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq gələcəyin layiqli və vətəninə sadiq vətəndaş kimi yetişə bilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi