Məktəbin gənc aktyoru
Müstəqil Azərbaycan dövləti hər bir sahədə olduğu kimi, təhsil sahəsində də öz sistemli fəaliyyətini günü-gündən gücləndirir. Bu gün qarşıda duran ən mühüm vəzifə mükəmməl təhsil sisteminin qurulması işini dövrün tələbləri çərçivəsində həll etməkdir.
Təhsil prosesində istedadlı şagirdlərin müəyyən edilməsi, onlarla işin təşkili formaları və istedadlı şagirdlərin yetişdirilməsi bu gün pedaqoji sistemdə qarşıda duran və həll edilməsi vacib olan məsələlərdəndir ki, bu sahədə son illər xeyli işlər görülmüşdür.
Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir. Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz bu cür uşaqlardan gözləyir. Uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdəndir.
141 saylı tam orta məktəbində çox istedadlı şagirdləri var. Onlardan biri 10-cu sinif şagirdi Рауль Керимханов du. Teatr səhnələrində müxtəlif rollarda iştirak edən gənc aktyorumuz məktəbin qürurverici şagirdlərindən biri oldu.