Rayon birinciliyiMəktəbimizin komandası “Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə keçirilən zona birinciliyində I yeri tutmuşdur. Komandamız diplom və kubokla təltif olunmuşdur. Komandamızın qalibiyyət qazanmasında məktəbin direktoru M.M.Mirheydərli, Tİ üzrə direktor müavini S.Ş.Xudayev və hərbi rəhbər T.M.Heydərovun böyük əməyi olmuşdur.
Voleybol yarışı birincisiMəktəbin oğlanlardan ibarət voleybol idman növü üzrə yığma komandası Bakı şəhəri məktəbliləri arasında keçirilən XXVIII spartakiadanın voleybol (oğlanlar) idman növü üzrə keçirilən yarışda I yerə layiq görülmüşdür. Diplomla təltif olunmuşdur.
Karate idman növü üzrə birincilikMəktəbin 10c sinif şagirdi Heydərov Roman Gülbala oğlu Dubay şəhərində təşkil olunmuş Milli Karate Federasiyasının keçirtdiyi karate yarışında I yere çıxaraq diplom və medalla təltif olunmuşdur.