HAQQIMIZDA

Məktəb 1977- ci ildə tikilmişdir. Layihə tutumu şagird sayına görə1176 nəfərdir. Məktəb 05.07.2010 cu il tarixində 997 nömrəli sərəncam ilə 2009/ 2010 сu tədris ilində keçirilmiş "50 Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəb 2013-cü il tarixində may ayında əsaslı təmir olunmuşdur. Açılışda Respublikanın Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Müəllimlərin sayı 95 nəfərdir. Hazırda məktəbdə 1102 şagird təhsil alır. 6.Məktəb dəfələrlə Respublika və rayon üzrə keçirilən idman, hərbi və bilik yarışlarında birincilik və bir sıra uğurlar əldə etmişdir. Məktəbdə ilk dəfə 6 ədəd elektron lövhə verilmişdir. Bu lövhələr (kompyuter, proyektor dəsti ilə təchiz olunmaqla) 6 sinif otağında quraşdırılmışdır. Bu otaq və kabinetlərdə işləyən fənn müəllimləri kursdan keçmişlər. Məktəbdə qızlar və oğlanlar üçün əmək hazırlığı otaqları yeni avadanlıqlarla təchiz edilmiş, 2014/2015 - ci dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. 2012/2013 - cü dərs ilində etibarən məktəbdə Pilot layihə olaraq "Şahmat" dəsrlərinin keçirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş 01.08.2012-ci il tarixli 261 saylı əmri ilə bu dərslər uğurla davam etdirilir. "Gənc İcma Mikrolayihə" Füzuli rayonu 30 №li məktəbin şagirdləri ilə Bakı şəhəri 138 №li tam orta məktəbin şagirdləri yaradıb, bu işdə uğurla davam etdirilir. Məktəbdə 2 sayda kompyuter sinfinin yaradılması və kadr potensialı informatika və HT əsaslı fənninin tədrisinin şəbəkəsinin genişləndirilməsində imkan yaratmışdır. Müəllimlərin "Sınaq qiymətləndirilməsinin" nəticəsi uğurlu olmuşdur. Belə ki, rayon üzrə göstəricimiz 4 - ü, lisey olmaqla ilk yeddilikdə olmuşdur. Bu və digər uğurlarımızın nəticəsində məktəbimiz Təhsil Nazirrliyi tərəfindən yaxşı dövlət məktəbi kimi dəyərləndirilmiş, bağlanan lisey şagird valideynlərinə müraciət zamanı 138 №li tam orta məktəbə də uşaqları etibar etmələri tövsiyyə olmuşdur. 2014/2015 – ci dərs ilində üç məktəblərdən biri olmaqla Oktyabrın 15-də “TOPs proqramı - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində müasir təhsil texnologiyalarının tətbiqi” Təhsil Nazirliyi, “British Council” və Bakcell şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən pilot layihədə iştirak etmiş fiziki tərbiyə müəllimləri Məmmədov Rövşən Kamal oğlu, Kürdiyeva Xatirə Məmməd qızı, Məmmədova Şərqiyə İsa qızı, ibtidai sinif müəllimləri Məmmədova Ülviyyə Əbdülrəhman qızı və Hacıyeva Pərvanə Tiflis qızı sertifikat almışlar. 2015/2016 – cı dərs ilində Azərbaycan Respublikası Təhsil nazirinin “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə 18.03.2015 – ci il tarixli, 311 nömrəli əmri ilə məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmaları istiqamətində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” ilə əmr verilmişdir. Məktəbin direktoru Mirheydərli Mirfaiq Mirabbas oğlu, ibtidai sinif müəllimləri Abdullayeva Gülər İmanqulu qızı, Əliyeva Səbinə Kamandar qızı 21 avqust – 27 avqust 2015 – ci il tarixlərdə Təhsil Nazirliyində Almaniyadan gəlmiş mütəxəssislərlə treninqdən keçmişlər. 30 avqust – 05 sentyabr tarixlərdə isə Almaniyanın Düsseldorf şəhərində Beynəlxalq Menecment və Texnalogiyalar Akademiyasında treninqlərdə iştirak edərək serifikatlar almışlar. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandığına görə Xətai rayonu 138 nömrəli tam orta məktəb "Ən yaxşı ümumi təhsil müəssisəsi" seçilmiş və 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi