"Mənim bayrağım"9 Noyabr Bayraq günü münasibətilə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" adlı şeir müsabiqəsi keçirilmişdir. Məktəbin 8 a sinif şagirdi Bayramlı Rəşxəndə şeir müsabiqəsində rayon ikincisi olmuşdur.
"Bakı 2017" nin qalibiMəktəbin 11-ci sinif şagirdi Heydərov Roman Gülbala oğlu IV İslam Həmrəyliyi oyunlarında karate idman növü üzrə iştirak etmişdir. Rəqiblərini məğlub edərək I yerə çıxmış və Qızıl medala layiq görülmüşdür.
Golden Byte 2017Golden Byte 2017 ölkə qalibləri müəyyən olundu.
Aprelin 7-si STEP İT Academy Azərbaycanda Azərbaycanın ilk dəfə iştirak etdiyi Golden Byte 2017 beynəlxalq İT yarışmasının finalı keçirildi.
Yalnız Azərbaycanda 780 iştirakçı qeydiyyatdan keçmişdir, seçim turlarına 450 iştirakçı, final mərhələsinə isə 100 nəfər yüksəlmişdir.
Layihələr 8 fərqli nominasiyada təqdim olunmuşdur-Start Up Challenge, Web Project, Game Design, Mobile DeVelopment, İnternet o things və 10-17 yaş arası iştirakçılar üçün Junior Competition .
Təqdm olunmuş layihənin əsas mövzusu isə "İnvent, Creace, Change (İcad et, Yarat, Dəyiş) idi.
Junior Competition nominasiyası üzrə Finalda iştirak edən, iştirakçılar arasında yaşına görə ən kiçik yaşlı 138 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Ağayev Rəvana SERTİFİKAT verilmişdir.