Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi ilə bağlı tədbir

26 dekabr 2024 - ci il tarixində 138 nömrəli tam orta məktəbin illik fəaliyyət planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi ilə bağlı kitabxanada 5 a və 5 b sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra şagirdlər Naxçıvan Respublikasının zəngin təbiətindən, təkrarsız abidələrindən danışdılar, ləziz nemətlərini təqdim etdilər. Tarix müəllimi Əhmədova Leyla Naxçıvanın çoxəsirlik tarixindən məlumat verdi. Videoçarxlar təqdim etdi. Sonda şagirdlər şeir söylədilər.