20 yanvar faciəsinin 35 - ci il dönümü ilə əlaqədar tədbir

17 yanvar 2025 - ci il tarixində 138 nömrəli tam orta məktəbin illik fəaliyyət planına uyğun olaraq 20 Yanvar faciəsinin 35 - ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. ”Bədii qiraət” dərnək rəhbəri Samirə Qulamova dərnək üzvlərinin iştirakı ilə keçirdiyi növbəti məşğələni 20 yanvar faciəsinin anım gününə həsr etmişdir. Məşğələnin keçirilməsində əsas məqsədi şagirdlərə tariximizi tanıtmaq, 20 Yanvar faciəsinin şərəf və qürur günümüz olduğunu aşılamaq, onların vətənpərvərlik hissini gücləndirmək, vətənə, xalqa olan sevgini artırmaqdan, 20 Yanvar şəhidlərini anmaqdan ibarət olub. Məşğələ zamanı şagirdlər şeirlər söyləmiş, 20 Yanvar hadisələrini videoçarxda izləmişdilər.