Beynəlxalq İnternet Günü

 

    Bildiyimiz kimi, Aprelin 4-ü bütün dünyada "Beynəlxalq İnternet Günü" kimi qeyd olunur. Bununla bağlı məktəbimizin informatika müəllimi Vahabova Təranə Xb sinif şagirdlərinin  iştirakı ilə “dəyirmi masa” keçirdi. O, şagirdlərə hazırladığı təqdimatla internetin yaranma tarixi, şəbəkə topologiyası, elektron xidmət, domen adlar haqqında geniş məlumat verdi. Vahabova Təranə dedi ki, “Beynəlxalq İnternet Günü 1998-ci ildə Roma Papası II İohan Pavel tərəfindən təsis olunub. Onun sözlərinə görə, internet bir növ insan biliklərinin ensiklopediyasıdır. Buna görə də, Dünya hörümçək torunun hamisi ilk 20 cildlik ensiklopediyanı tərtib edən məşhur ensiklopedist Sevilyalı İsidor hesab edilə bilər. O, ilk dəfə öz işində çarpaz istinadlar sistemini tətbiq edib ki, bu da şəbəkədə istifadə edilən hiperistinadları xatırladır.” 

     Şagirdlər də internetdən necə və nə məqsədlə istifadə etdiklərini və internetin həyatımızda çox mühüm rolu olduğunu danışdılar. Bugünkü təhsilimizi internetsiz təsəvvür etmədiklərini və internet olmasa geniş məlumat toplamaq,  müasir cəmiyyətin tələblərinə cavab verməyin çox çətin olacağını vurğuladılar. İnternet müəllim və şagirdlərin fəaliyyətində mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi