Şəhid aiəsi ziyarət edildi

19 mart 2025-ci il tarixdə Binə qəsəbəsi R.M.Sadıqov adına 136 saylı məktəbin 4k sinif şagirdləri, valideynləri və sinif rəhbəri Agayeva Xəyalə Rəhim qızı məktəbimizin məzunu olan şəhid Orucov Elmirin ailəsini Novruz bayramı münasibəti ilə ziyarət etdilər. Ziyarət zamanı şəhidin valideynləri şəhidlə bağlı xatirələrini danışdılar. Şagirdlər şəhid Elmir Orucovun şəxsi əşyaları, medal və ordenlərini yaxından gördülər. Görüşün sonunda şəkillər çəkildi. İnanırıq ki, şagirdlərimizdə bu görüşdən sonra vətənpərvərlik ruhu daha da yüksək olacaq və vətənə layiqli övladlar olacaqlar.