FƏXRİMİZ

  Sadıqov Rasim Mayıl oğlu

 

Sadıqov Rasim Mayıl oğlu 1964-cü il avqust ayının 26-da Əzizbəyov(Xəzər) rayonunda anadan olmuşdur. 1972-1982-ci illərdə Binə qəsəbəsi 136 №-li  məktəbdə təhsil almışdır.

Məktəbdə oxuduğu illərdə nümunəvi şagird olmuş, müəllimlərin və şagirdlərin hörmətini qazanmışdır. Məktəbi bitirdikdən sonra 1982-1984-cü illərdə SSRİ Silahlı qüvvələrinin tərkibində  Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı-Politexnik Texnikumuna daxil olmuşdur. Oranı bitirdikdən sonra Zığ qəsəbəsində yerləşən tikiş fabrikində texnik kimi işə qəbul olunmuşdur.

1990-cı ildə Qanlı 20 Yanvar hadisələrinin şahidi olmuşdur. Bu hadisələr zamanı  mitinqlərdə müntəzəm iştirak etmişdir. Qarabağın işğalından sonra könüllü olaraq,  1992-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə etmişdir. 8 avqust 1992-ci ildə Ağstafa rayonu Köhnə Qışlaq kəndi uğrunda gedən döyüşlərdə  qəhrəmancasına həlak olmuşdur.

  1994-cü ildən təhsil aldığı Xəzər rayonu 136 №-li  tam orta məktəbə Rasim Mayıl oğlu Sadıqovun adı verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi