Şagirdimiz 1-ci yerə layiq görülmüşdür.

28-30 yanvar 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "2 fevral-Azərbaycan Gəncləri Günü" münasibətilə şahmat üzrə turnir təşkil edildi. Maraqlı və mübarizə şəraitində keçən turnirdə 26 nəfər mübarizə aparırdı. Məktəbimizin şagirdi Ziya Muxtarlı birinci yerə layiq görülmüşdür. Mükafatçıalara Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallar təqdim olundu.
Təbrik edir, uğurlar arzu edirik!