Antarktida materikinin təbiəti və heyvanat aləmi haqqında

Dekabrın 15-də 136 nömrəli tam orta məktəbin 3 A sinif şagirdləri Azərbaycan dili dərsində Antarktida materikinin təbiəti və heyvanat aləmi haqqında araşdırmaya əsasən qruplarla iş təqdim etdilər. Birlikdə ünsiyyət qurmaq və əməkdaşlıq etmək uşaqların Antarktida materikinin təbiəti və heyvanat aləmi haqqında daha ətraflı məlumat toplamalarına kömək etdi. Uşaqlar araşdırmaya əsasən öyrəndilər ki, Antarktida bütün materiklər arasında üzvi aləminə görə ən kasıb materikdir. Sahilboyunda buz örtüyü arasında yerləşən Antarktida vahələrində mamır, şibyə və ibtidai yosun istisna olmaqla materikdə bitki örtüyü yoxdur. Bu ərazilərin daimi sakinləri pinqvinlərdir. Sahilboyu sularda mavi balina, kaşalot, suiti, dəniz bəbiri və s. rast gəlinir. Antarktidaya dair 1dekabr 1959-cu ildə imzalanan və 23 iyun 1961-ci ildən qüvvəyə minən konvensiyaya görə materik heç bir dövlətə məxsus deyildir. Ondan yalnız elmi fəaliyyət üçün istifadə oluna bilər.