“Təbiət motivləri” mövzusunda dərsdənkənar məşğələ

Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız.

Heydər Əliyev.

2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bununla bağlı Bakı Şəhəri 135 nömrəli məktəbin tədbirlər planına uyğun olaraq müxtəlif məzmunlu tədbirlər keçirilir. 09.04.2024-cü il tarixdə məktəbin biologiya müəllimləri əlavə məşğələ saatlarını məktəbin həyətyanı sahəsində salınmış “Yaşıl zolaqda” təşkil etmişdilər. Məşğələnin mövzusu “Oyanan təbiət” adlandırılmışdır.

Məktəbin ədəbiyyat müəllimləri A.Əliyeva və R.Qocayeva Böyük Azərbaycan şairi Səməd Vurğunun əsərlərində “Təbiət motivləri” mövzusunda dərsdənkənar məşğələ saatları təşkil etmişdilər. Məşğələdə V və VI sinif şagirdləri iştirak etmişdilər.

İnformatika müəllimi Aidə müəllim isə dərsdənkənar məşğələsini “Torpaqdan yarandıq” adlandırmışdır. Məşğələdə məktəbin ibtidai sinif şagirdləri iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi