"1 Mart - Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş tədbir

       Martın 1-də məktəbimizdə "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş tədbir keçirildi. Bütün siniflərdə ilk dərs saatı MM gününə həsr olundu. Şagirdlər baş verə biləcək fövqəladə hallar və onlardan qorunmaq yolları haqqında öyrədici videolara baxdılar. Müəllimlərinin dinc və ya şəraitində fövqəladə hal baş verdikdə davranış qaydaları haqqında tövsiyyələrini dinlədilər. Saat 10:00-da həyəcan siqnalı verildi. Şagirdlər sinif otaqlarını tərk edərək açıq havaya düşdülər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Şəfa müəllim açdı. Təlim-tərbiyə işləri üzrə direktor müavini Fənarə müəllim şagirdlərə MM haqqında məlumat verdi. Məktəbin kimya müəllimi İradə müəllim kimyəvi kütləvi qırğın vasitələri, biologiya müəllimi Səyyadxanım müəllim bioloji silahlar və informatika müəllimi fövqəladə hallarda istifadə olunan müasir texnologiyalardan danışdı. Daha sonra yuxarı sinif şagirdləri şərti yanğını söndürdü və dağıntılar altında qalan uşağı tibb məntəqəsinə çatdırdı və sanitarlar xəsarət alan adama ilk tibbi yardım göstərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi