"Azərbaycan bayrağı" adlı tədbir

   Ölkəmizdə həyata keçirilən təhsil islahatı prosesində şəxsiyyətyönümlülük, nəticəyönümlülük əsas prinsiplərdən biridir. Belə tədbirlərin keçirilməsində məqsəd Azərbaycan Respublikasının yetişməkdə olan gənclərində şəxsiyyətyönümlü ğzünütanıma, özünüyetişdirmə məqsədi güdür. Şagirdlərimiz milli dəyərlərimizə, tarixi ənənələrimizə, tarixi şəxsiyyətlərə hörmətlə böyüdükcə onların vətənpərvərlik hissləri, xalqa məhəbbət hissləri daha da dərindən inkşaf edir. Belə ki, gənclərimiz tarixi yaxşı bildikcə, keçmişimizi yaxşı bildikcə milli dəyərlərimizə, milli ənənələrimizə bələd olduqca daha vətənpərvər olurlar. Şəxsiyyətyönümlü təhsil prosesində ayrı-ayrı fənnlərdə tədrisdə öz işini görür, öz imkanlarına müvafiq tədris həyata keçirir. Eyni zamanda pedaqoji fəaliyyət də şəxsiyyətyönümlü təhsilə yönəldilir. Gənc nəslin böyüməsinə xalqın mənəvi ruhunu aşılamaq üçün məktəbdə keçirilən tədbirlərdə şagirdləri milli vətənpərvərlik ruhunda böyütməyə çalışılır. Araşdırmalar göstərir ki, şagirdlər nə qədər çox öz tarixi şəxsiyyətlərini tanısalar onlar daha saf və daha təmiz vətənə bağlılıq nümayiş etdirirlər. 

 Bunları əsas tutaraq Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş "Azərbaycan bayrağı" adlı tədbir keçirilmişdir. Tədbirdə fəal iştirak etdiyinə görə şagirdlər fəxri fərmanla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi