"Xocalı soyqırımının 32-ci ildönümü" ilə əlaqədar tədbir

       Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kuliminasiya nöqtəsi idi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girdiyi və Xocalı soyqırımını törətdiyi gündür. O hadisələrdən 32 il ötür. Keçən o illər bizə nə Xocalını, nə də xocalıları unutdurur.

Hər il olduğu kimi bu il də məktəbin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar olaraq bütün siniflərdə sinif saatları keçirildi. Divar qəzetlərinin növbəti sayı Xocalı soyqırımına həsr edildi. Məktəbin foyesində "Xocalı qan yaddaşımızdır" adlı rəsm sərgisi təşkil edildi. Məktəbdə Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər keçirildi. Tədbirdən sonra İrəli İctimai Birliyinin dəstəyi ilə çəkilmiş "Heç vaxt böyüməyən uşaqlar" filmi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi