"Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi çərçivəsində tədbir"

      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2023-cü il.

"Azərbaycan bayrağı" layihəsi əsasında Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi çərçivəsində tədbirlər planına əsasən fevralın 24-də məktəbimizdə ilk tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Şəfa müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, FED Faiq Ələkbərov, Məhəmməd Füzuli adına əlyazmalar institutunun elmi işçisi, Yazıçılar Birliyinin üzvü Xanım Mehdixanlı, məktəbin müəllimləri və şagirdlər iştirak etmişlər. Tədbirdə çıxış edən qonaqlar Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçıları kimi iştirakçılara Rəsulzadənin həyat və yaradıcılığından, eyni zamanda Azərbaycan xalqının əsrin əvvəllərindəki oyanış arzularından, oyanış tarixindən danışaraq ətraflı məlumat verdilər. Daha sonra şagirdlərin ifasında mahnılar səsləndi, şeirlər oxundu, təqdimatlara baxış keçirildi. Sonda qonaqlar və iştirakçılarla birlikdə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi