"Siyasi xadim və publisist" adlı debat

      Azərbaycan Xalq Cümhuriyyəti qurucularından hər birinin həyat yolu keşməkeşli və əzab - əziyyətlə dolu olub. Ancaq onlar bundan yorulmayıblar. Bütün həyatlarını Azərbaycanda demokratik bir dövlətin qurulmasına sərf ediblər. Belə quruculardan biri də Məhəmməd Əmin Rəsulzadədir. Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi. Siyasi və ictimai xadim Rəsulzadə publisist və şair Rəsulzadədən başlayır. Onun milli ideyaları, siyasi dünyagörüşü əvvəlcə şeirdə, sənətdə formalaşmışdır. Rəsulzadənin mədəniyyət, tarix və ədəbiyyat problemlərinə həsr edilmiş elmi əsərləri, məqalə və məruzələri onun yaradıcılığının mühacirət dövrünə təsadüf edir.

Bu il Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunur. Bununla əlaqədar olaraq fevralın 21-də məktəbimizdə "Siyasi xadim və publisist" adlı debat təşkil edilmişdir. Debatda məktəbin 9-cu sinif şagirdləri iştirak etmişdir. Müzakirə zamanı Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı, həm də maarifçi ideyaları da müzakirə edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi