"Valideyn iclası"

    Sağlam ailə tərbiyəsi və məqsədli təhsil uzlaşması fərdin, şəxsiyyətin formalaşdırılması və inkişafının əsas sütunlarıdır. Ailədə əsas aparıcı rolu valideyn tutduğundan, valideynin övladının təhsilindəki rolu və məsuliyyəti mühüm amildir. Bu məsuliyyətin dərk olunması, valideynlərin rolunun bu prosesdə artırılması təhsilin keyfiyyətinə ciddi təsir edər, dəyişkən və həssas olan təhsilalma mühitinə tənzimləyici, pozitiv stimul verər. Təhsil müəssisəsi, məktəb təhsilvermə prosesində özünə möhkəm dayaqlar müəyyənləşdirməlidir. Ən güclü belə dayaq təbii ki, ailə və valideyndir. Belə ki, övladının xarakterik xüsusiyyətlərinə dərindən bələd olan, onun tərbiyəsinə birbaşa məsuliyyət daşıyan valideyndən başqa kimsə ola bilməz.

Fevralın 16-da məktəbimizdə valideynlər ücün "Açıq qapı" günü keçirilmişdir. Valideynlər məktəbdə təlim prosesi ilə tanışlıqdan sonra, sinif valideyn iclaslarında iştirak etdilər. 1-ci yarımilin yekunlarına həsr edilmiş valideyn iclaslarında məktəbin direktoru Ş.Qurbanova iştirak etmişdir. Valideynləri maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi