"Baharın rəngləri" adlı yaradıcılıq turniri

        Fevralın 14-də "Baharın rəngləri" adlı Respublika Uşaq Rəsm Yaradıcılıq Turniri keçirilmişdir. Turnirin məqsədi uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövqün inkişafına xidmət və s. olmuşdur. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində elan olunmuş müsabiqə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil olunmuşdur. Turnirdə məktəbimizin 7b sinif şagirdi Məmmədzadə Fatimə də iştirak etmiş və diplomla mükafatlandırılmışdır. Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi