"20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri"

    20 Yanvar- Azərbaycanda Ümumxalq Hüzn Günüdür.

Vaxt keçdikcə, hər hansı tarixi hadisə haqqında dolğun və əhatəli fikir yürütmək daha asan olur. 34 il sonra qanlı 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində yenidən bu hadisələri təhlil etmək,onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox önəmli və məşəqqətli olaylara yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini-şəhidlərimizin xatirəsini yad edirik.

Bununla bağlı Bakı Şəhər 135 nömrəli məktəbin tədbirlər planına uyğun olaraq yanvar ayının 19-da 1-ci dərs saatları 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuşdur.

X-XI sinif şagirdləri üçün "20 Yanvarın bizə verdiyi vətəndaş dərsi" mövzusunda dərslər keçirilmiş, söhbətlər aparılmışdır.

Məktəbin V-IX siniflərində keçirilən dərslər "20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri" mövzusunu əhatə etmişdir.

I-IV siniflərdə isə keçirilən dərslərin mövzusu "20 Yanvar şəhidləri" olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi