"BSQ həftəsi"

     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına uyğun olaraq 16.01.2024-cü il tarixdən etibarən məktəbimizdə fənlər üzrə Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə başlanılmışdır. BSQ-lər 4-9-cu siniflərdə rəqəmsal formada, 10-11-ci siniflərdə isə əsas 3 fənn (Azərbaycan dili, riyaziyyat, ingilis dili) yazılı, digərləri isə rəqəmsal formada keçirilir.

Yanvarın 16-da 5a və 5b sinifləri Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən, 9a, 9b, 9c sinifləri isə Azərbaycan tarixi, ümumi tarix və coğrafiya fənləri üzrə BSQ yazmışlar.

Yanvarın 17-də 6a və 6b siniflərində Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən, Humanitar - riyaziyyat - iqtisadiyyat təmayüllü 11a sinfində ədəbiyyat, GÇH, coğrafiya, Texniki - təbiət təmayüllü 11b sinfində isə fizika, biologiya və GÇH fənləri üzrə BSQ-lər keçirilmişdir. Şagirdlər öz bilik və bacarıqlarını 3 saat ərzində nümayiş etdirmişlər. BSQ - lərin keçirilməsinə məktəbin direktoru Şəfa müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini Fənarə müəllim nəzarət etmişlər. Hər bir sinifdə qeyri - ixtisas fənni olan müəllimlər nəzarətçi müəllim qismində yer almışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi