“Həmrəy olaq” adlı tədbir

     Dekabrən 22-də Binəqədi rayon 135 saylı tam orta məktəb və Binə qəsəbəsi 292 saylı tam orta məktəb birgə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə “Həmrəy olaq” adlı tədbir təşkil etmişdirlər. Tədbir 292 saylı məktəbdə baş tutdu. Hər iki məktəbin 1-ci sinif şagirdləri Vətənpərvərlik və Həmrəylik mövzusunda şeirlər dedi, mahnılar oxudular. Tədbirin təşkilatçıları Gülnarə Məmmədova və Vəfa Əliyeva idi.

Tədbirə 135 saylı məktəbin direktoru Şəfa Qurbanova, Kamran İsalı, Şəhriyar Məmmədli, eləcə də valideyinlər dəvət olunmuşdu. Qonaqlar çıxış edərək, qələbə əhval ruhiyyəsi ilə çıxış edən şagirdləri təbrik etmiş, valideyin icmasına təşəkkür etmişdirlər. Tədbirin sonunda bütün şagirdlərə təşəkkürnamələr paylanmışdır.

Belə tədbirlərin keçirilməsində məqsəd məktəblər arası əməkdaşlığı və dostluğu təmin etmək, stimul yaratmaqdır, ucqarda və mərkəzdə olmağından asılı olmayaraq uşaqların dövlətimiz tərəfindən eyni qayğı ilə əhatə olunduğunu bildirmək, müəllimlərin eyni məsuliyyətlə işləməli olduğunu diqqətə çatdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi