MƏKTƏBİMİZDƏ 4-CÜ SİNİF ŞAGİRDLƏRİNİN "ƏLVİDA İBTİDAİ SİNİF" ADLI TƏDBİRİ KEÇİRİLDİ.

13 iyun 2025-ci il tarixdə məktəbimizdə 4a və 4b sinif şagirdlərinin ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə buraxılış tədbiri təşkil edildi. Sinif müəllimləri İbadova Nabat və İlyasova Zülfiyyənin təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər maraqlı kompazisiyalarla çıxış etdilər. Onlar ibtidai sinif müəllimlərindən ayrıldıqları üçün duyğulu anlar yaşadılar.